Bitkilərin becərilməsi

Yaşıllıq salmaq məqsədi ilə sarmaşan bitkilərdən istifadə etdikdə ayrılmış sahə daşdan, kəsəkdən və müxtəlif tullantılardan təmizlənməli, hamarlanmalı, arxlar və çalalar doldurulmalıdır. Əkiləcək bitkinin xüsusiyyətini nəzərə alaraq torpağın münbitliyi və qidalılığı artırılmalıdır. Neft, mazut və s. ilə çirklənmiş torpaq sahəsi bir metrə qədər qazılıb çıxarılmalı və onun yerinə münbit torpaq tökülməlidir.

Ümumiyyətlə, sarmaşan bitkiləri becərmək Bitkilərin becərilməsi
üçün ayrılacaq sahə düz relyefə, münbit torpağa malik olmaqla, küləklərdən mühafizə olunmalıdır.

Torpağın əkinə hazırlanması.

Sarmaşan bitkiləri becərmək üçün torpağın əkinə hazırlanması vacib məsələlərdən biri olmaqla yanaşı, torpağın münbitliyindən, iqlim şəraitindən, becəriləcək bitkinin bioloji xüsusiyyətindən çox asılıdır. Torpağın əkinə hazırlanması onun şumlanmasından, Crop Management
yumşaldılmasından, malalanmasından ibarətdir. Əkindən qabaq sarmaşan bitkinin iriliyindən asılı olaraq 40-50 sm dərinliyində, 30-40 sm diametrində çalalar qazılmalıdır. Çala qazarkən çalışmaq lazımdır ki, üst qatda olan nisbətən münbit torpaq qatı 10-20 sm çalanın ətrafından sağ tərəfə, qalan 30-40 sm dərinliyindən qazılan torpaq qatı isə sol tərəfə tökülsün. Bütün bu tədbirlər payızda (yarpaq tökümü vaxtında) görülməlidir. Qazılmış hazır çalaya 10-20 litr su tökülür və üzərinə, çalanın üst qatından qazılıb sağ tərəfə tökülmüş və 5 kq yanmış (tam çürümüş) mal peyini ilə qarışdırılmış münbit torpaq tökülür. Çalışmaq lazımdır ki, çala əkindən 1-2 ay http://greenfarms.azqabaq hazırlansın. Bu vaxt ərzində yağış suyu çalaya tökülür və əkindən qabaq çalanın dibində tam mikro-münbit şərait yaranır. Bu üsuldan başqa bitkilərin, xüsusən meyvə bitkilərinin, qızılgülün, yasəmənin əkini vaxtı istifadə edildikdə bitmə faizi yüksək olmaqla yanaşı, məhsuldarlığına da yaxşı təsir göstərir.

Torpağın gübrələnməsi.

Əkinindən qabaq çalalara üzvi kübrələr: peyin, yarpaq çürüntüsü, kompost və çirkab suların lili verilir. Peyin, yarpaq çürüntüsü və kompost sarmaşan bitkinin yaşından, biologi xüsusiyyətindən asılı olaraq 3-4 kq, lil isə 1 kq hesabı ilə verilməlidir. Yaxşı olar ki, veriləcək kübrələr çalaların yaxınlığında torpaqla qarışdırılaraq çalanın dibinə tökülsün.

Related Post

Пищевой рацион Marine ProПищевой рацион Marine Pro

Необычный для нашего сайта материал, обзор еды. Это аварийный пищевой рацион отечественного производства. Это не сухой паек, в котором содержится набор различных продуктов на сутки, это продукт с высоким содержанием углеводов

Бумажник из паракордаБумажник из паракорда

Эту простую инструкцию по плетению бумажника из паракорда я нашел на сайте instructables.com.   Примерные длины паракорда автор указал, но эталоном у него служила купюра в 1 доллар, размеры под рубли пришлось прикидывать самому. Основанием

емкость 100 м3емкость 100 м3

Система подземной дренажной емкости ЕП-100 м3 дает собой горизонтальную цилиндрическую вместимость с коническими или же эллиптическими днищами (см. чертеж дренажной емкости ЕП-100 м3). В емкости сверху учтена горловина (горловины) для