Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir. Çiyələk yetişdirilməsi ən asan bitkilərdəndir. Çiyələk kolu demək olar ki, hər bir yerdə bitir – hasarda, konteynerlərdə və ya asılmış səbətlərdə. Meyvəsidə əlbəttə, çox məşhurdur.
Yetişdirilməsi
Yeni bitən zaman tez-tez sulanmalıdır. Bitkilərin becərilməsi
Eyni zamanda quru mövsümdə də sulanmalıdır. Bitkini dibdən sulayın, yuxarıdan sulama özək hissəsində və meyvəsində çürüməyə səbəb ola bilər. Böyümə mövsümündə, pomidorda olduğu kimi hər 7-14 gün arasında maye kalium verin. Payızın əvvəlində hər kvadrat metrə 50 q miqdarında gübrə verin. İstixanlarda, çiçəkləmə dövrü bir neçə həftə erkən ola bilər belə ki, daxildəki temperatur 16 dərəcəni keçməməlidir. Bu çiçəkləməni əngəlləyə bilər. Meyvələr yetişməyə başladıqca, çiyələk torpaqda xarab olmasın deyə altına saman sərin. Və yaxud istəkdən asılı olaraq plastik materiallarda sərə bilərsiniz. Saman və ya plastik materiallar alaq otlarının da bitməsinin qarşısını alır. Əmələ gələn alaq otları əllə də təmizlənə bilər. Əkin bitdikdən sonra, qayçıyla və ya əllə yaşlaşmış yarpaqları təmizləyin. Ziyanvericilərin və xəstəliklərin qarşısını almaq üçün samanı və ya qara polietileni götürün. Çiyələk kolunu üç il becərdikdən sonra yeniləyin. Torpaqdakı ziyanverici və xəstəlik riskini azaltmaq üçün növbəli əkin sisteminə riayət edin.
Əkilməsi
Çiyələk çoxyönlü bitkidir – onun günəşə, Crop Management
kölgəliyə və münbit, yaxşı sulanan torpağa ehtiyacı var. Donmağa meyilli və əvvəl kartof, pomidor əkilmiş torpaqda çiyələk əkməyin, çünki onlar xəstəliklərə meyilli olur. Bitkiləri etibarlı mənbələrdən alın. Yayın sonlarına yaxın sifariş verin ki, payızın əvvəlində əkə biləsiniz. Çiyələk əkildikdən 60 gün sonra məhsul verir.
Çiçəklər adət üzrə torpağa cərgə şəklində əkilir. Tozlandırıcı həşəratların çiçəyə təmasını əngəllədiyindən küləkli yerlərdə çiyələyi əkməyin. Zəif http://greenfarms.az
tərkibli torpaqlarda drenaj sistemini yaxşılaşdırmaq və dərin köklənmə üçün nisbətən hündür yataqlarda əkin. Alternativ olaraq konteynerlərdən və ya əkin üçün olan kisələrdən istifadə edə bilərsiniz. 10-15 gün tez faraş məhsul almaq üçün kiçik tipli tunellərdə də əkə bilərsiniz. Bitkinin üzərinə tuneli yazın əvvəlində qurun, ancaq çiçək açan zaman tozlandırıcı həşəratların girişi üçün yanlarını açın.